AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deyir ki, o, Poqbadan bir baş üstün idi

Deyir ki, o, Poqbadan bir baş üstün idi

İdman
04 May 2020, 13:30 309
 "Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi istedadlı ingilis yarımmüdafiəçi Ravel Morrisonun karyerasının uğurlu alınmamasının səbəbləri barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, Runi Ravelin Pol Poqbadan da bir baş üstün olduğunu vurğulayıb. O, futbolçunun uğursuzluqla üzləşməsini, onu əhatə edən ətrafı ilə əlaqələndirib: 
 
"Yadımdadır, Morrisonu izləyirdim və fikirləşirdim ki, o, öz mövqeyində ən yaxşı olmaq üçün bütün keyfiyyətlərə sahibdir. O, möhtəşəm idi, özünə güvənirdi. Məşq zamanı bir dəqiqə ərzində Nemanya Vidiçi 3 dəfə aldadırdı. 
 
Amma onun həyat tərzi və əhatə olunduğu adamlarla bağlı problemi vardı. Mən Pol Poqbanı, Cessi Linqardı və Ravel Morrisonu izləmişəm. Ravel onların hər birindən bir baş üstün idi. 
 
Morrisonun uğursuzluğa düçar olması onu sübut edir ki, hər bir peşəkar futbolçu müəyyən qaydalara riayət etməlidir. Bir çox futbolçular bu qaydaların sərhədinə qədər gəlirlər, amma onu keçmirlər və uğur qazanırlar. 
 
Ser Aleks Ferqyuson həmişə deyirdi ki, həyatda ən çətin iş hər gün səylə çalışmaqdır. İsetdadın haqqında unutmalı və hər gün bütün qüvvənlə çalımalısan. Onda uğur da səninlə olacaq”.
 
Morrison "Mançester Yunayted”in yetirməsi sayılır. 27 yaşlı futbolçu hazırda "Midlsbro”da çıxış edir.