• cümə axşamı, 28 mart, 23:25
  • Baku Bakı 13°C

Deyir ki, hələ “Barsa”ya keçməyin vaxtı deyil

12.06.19 14:30 630
Deyir ki, hələ “Barsa”ya keçməyin vaxtı deyil
Yay transfer dönəminin ən önəmli futbolçularından biri də Matteys de Liqtdir.
Kaspi.az xəbər verir ki, "Ayaks”ın kapitanı ilə bir neçə Avropa nəhəngi ciddi maraqlanır. Ancaq favorit "Barselona” hesab olunur. Futbolçu özü isə gələcək karyerası ilə bağlı qəti qərar verməyib:
"Əlbəttə, Messi ilə bir komandada çıxış etmək əla olardı. Ancaq mənim üçün ən uyğun olan variantı seçməliyəm.
Onların əla müdafiəsi var. Ancaq mən rəqabətdən qorxmuram. Özü də belə klubda rəqabətin olması tam məntiqlidir.
Məsələ pulda deyil. Ola bilsin ki, hələ "Barsa”ya keçməyin vaxtı deyil. Bütün hallarda, məzuniyyətdə olduğum zaman təklifləri bir daha dəyərləndirib, qəti qərar verəcəyəm”.
banner

Oxşar Xəbərlər