“Deyingən olmuşam, müasir həyatı qəbul etmirəm” - Fotolar
İtirdiklərinə təəssüflənən Boyarski bu gün baş verənlərlə
heç cürə barışa bilmir
Əgər o, həyatı
boyu təkcə azğın qaskonlu, ağılsız, lakin igid Dartanyan rolunu canlandırsaydı
belə, yenə də sovet kinematoqrafiyasının və teletamaşaçıların ürəyində fəxri
yerdə durardı. Axı, Georgi Yunqvald-Xilkeviçin «Üç muşketyor»u Boyarskini ölkə
üzrə məşhurlaşdırıb. Yan Fridin «Nə yardan doyur, nə əldən qoyur» əsərində
yaraşıqlı, lakin kasıb gəncin adlı-sanlı xanıma olan məhəbbəti də onun məşhurluğunda
az rol oynamayıb. Mixail Boyarski ilə Marqarita Terexova yasaq, lakin ehtiraslı
məhəbbəti elə inamlı oynamışdılar ki, onların arasında qığılcımlar uçur,
qasırğalar dolanırdı: «Mən öz dalımca gəlmişəm; Mən axı, sizin böyrünüzdə
qalmışam; Mənim isə getmək vaxtımdır. Sizə yalvarıram, özümü mənə qaytarın» -
deyə təkəbbürlü Teodoro sevgilisinə yalvarırdı. Lakin gözəlçə Diana, göz yaşları
ilə cavab verirdi: «Bunu bilin ki, sizi vermərəm, Teodoro. Sizi özüm üçün
saxlayıram». Bu səhnə bütün tamaşaçıları elə ovsunlamışdı ki, onlar həyəcanlarını
boğa bilmirdilər. Yeri gəlmişkən, oynadığı filmlərdə Boyarski özü oxuyur. Onun
ifasında bir çox mahnılar hitə çevrilib.Mixail Boyarski
Peterburqun teatral ailəsindəndir. Valideynləri övladlarının musiqiyə olan həvəsini
görərək, onu Konservatoriyanın nəzdində olan məktəbə yazdırırlar. Leninqrad
Teatr İnstitutunun musiqi və kinematoqrafiya aktyorluğuna qəbul olunmağa qərar
verən Boyarski, peşəkar musiqiçi olmadı. Ancaq musiqi qabiliyyəti bir çox
rollarını zənginləşdirdi.1972-ci ildə "Lensovet”
Teatrına rəhbərlik edən İqor Vladimirov onu dinlədikdən sonra aktyoru truppaya
qəbul edir. Boyarski kütləvi oyunlardan başladı. Sonralar isə aktyorun
yaradıcılığında böyük rollar yarandı – Luis («Dulsineya Tobosskaya»), Müğənni
(«İnsanlar və ehtiraslar»), Pedro («Buenos-Ayresdə müsahibə»)… və əlbəttə, «Bremenli
musiqiçilər» də Trubadur. Şahzadə xanımı sonralar onun həyat yoldaşı olmuş
Larisa Luppian oynayırdı. İndi o vaxtdan çox keçib. Boyarski yubileyini yenə də
səhnədə qeyd edir.
- Mən yubileyləri
qeyd etməyi xoşlamıram. Təkcə bir yubiley məni çox həyəcanlandırdı - Alisa
Brunovna Freyndlixin 70 illik yubileyinə hazırlanmış «Oskar və Narıncı xanım»
tamaşası. Bu, mənim ürəyimcə oldu və düşündüm, pis olmazdı ki, mən də buna
oxşar nəsə edim, lakin bunun üçün mənim nə gücüm, nə də istedadım var. Dekabrın
26-da «Bu sevimli köhnə evdə» tamaşasının premyerası oldu. O tamaşada mən məmnuniyyətlə
əsas qəhrəmanı oynayıram – bu, benefis deyil, teatr tamaşasıdır. Bu tamaşada
iştirakçıların 90 faizi cavanlardır, yalnız iki ahıl insan rolu var ki,
bunlardan da biri mən, digəri isə həyat yoldaşımdır. Rejissor – Oleq Levakov,
İqor Petroviç Vladimirovun şagirdidir.
- Piter studiyasının «Dəyirman» studiyasında
prokata yeni cizgi filmi – «İvan Sareviç və Boz Qurd 4» çıxır. Siz o tamaşada
pişiyi səsləndiribsiniz. Siz artıq 8 ildir ki, qəhrəmanınız - «ziyalı-ağıllı, lakin təvazökar» pişikdən
ayrılmırsınız.
-
Şadam ki, məni cizgi filmlərinin səsyazmalarına çağırırlar. Bu, çox simpatik,
şeytanvari və maraqlı işdir. Burada mən hətta «Səs» müsabiqəsində iştirak edən
pişiyin əvəzinə oxumuşam da. Sevimli ssenaridir, personajları da maraqlıdır. Mən
kompaniyada daimi qəbul olunmuşam, mənim «Pişiyim» hələ ki, lazımlıdır.
- Tezliklə «Lenfilm» «Etaj» adlı tammetrajlı
komediyanı təqdim edəcək. Orada kimi canlandırıbsınız?
- Həyat
yoldaşı tərəfindən evdən qovulmuş, yaşamağa yeri olmayan uğursuz musiqiçini...
O qızı ilə birgə kommunal evin mənzillərindən birini biznesmenə satmaq istəyir.
Qəhrəmanımı bütün qonşuları tanıyır. Çünki özü burada yaşayıb. Filmdə gözəl
kampaniya yığılıb: Axedjakova, Nemolyayeva, Şnurov… dekorasiyaya düşən kimi
kommunal evlərə olan nostalji hisslər yaranır. Məndə də eyni hisslər yaranır.
Çox xoş ab-havadır, kommunal evlərdən qurtulmaq üçün can atdığımız illərə
qayıdırıq.
- Siz kommunal mənzildə yaşayıbsınız?
- Bəs
necə, əlbəttə! Bütün müharibədən sonrakı uşaqlar kimi.
- Svetlana Drujinina «Qardemarinlər»in
davamını çəkir. Siz yenidən iştirak edirsinizmi?
-
Svetlana Serqeyevna – Alisa Brunovnanın yaşıdıdır. Mən onlara həsəd aparıram. Məndən
14 yaş böyük olmasına baxmayaraq, qəti usanmayan qadındır. O, «Qardemarinlər-4»ü
çəkir və «Qardemarinlər-5»-in əvvəlini və perspektivdə –6,7, və 8. Bizdə orada
çəkilişlərdə əsl qohumluq münasibətləri yaranıb, ona görə ki, biz yarım əsr
olar ki, tanışıq – hələ 1979-cu ildə mən onun filmlərinə çəkilmişəm. «Qusarın
elçiliyi» filminə, 1987-ci ildə isə «Qardemarinlər, irəli!» filmində Şevalye de
Brili canlandırmışam. Bizim Drujinin və operator Anatoli Mukasevlə böyük
dostluq münasibətlərimiz var. Ona görə ki, mən Sveta və Tolyanı yaxşı
tanıyıram: o mənə tez-tez Svetanın mənim haqqımda düşündüklərini, Sveta isə əksinə,
onun mənim haqqımda düşündüklərini xəlvətcə söyləyir. Sveta yalnız tanıdıqları
ilə işləməyi sevir. Ona görə də, artıq işlədiyi aktyorları çəkilişlərə dəvət
edir. Nə vaxt ki, mən onun çəkilişlərində oluram, özümü keçmiş əsrdə hiss edirəm:
işıqlar hazır olunca, mövzunu təkrarlayırsan, fövqəladə kostyumçu qadın və ya
kişi səni geyindirir, qrimləyir… Lakin gənc rejissorlara gəlincə isə onlara
maraqlı deyil ki, necə oynayırsan, əsas odur ki, tez olsun. Yadımdadır, Jora
Krıjovnikovun «Ən gözəl gün» filmində çəkilirdim. Ora ekskursiyaya gedirmiş
kimi – onların gecə işlədiyinə baxmaq üçün getmişdim. Bu, möcüzədir! 7-8 kadr.
Göz qırpımında kütləvi gəzinti. Orada yalnız iki veteran var – Çurikov və mən.
Oğlan uşaqları istədikləri kimi bizə sataşırdılar: «Oy, indi mətni öyrətməyə
başlayacaqlar!». Onların işləmək qabiliyyəti tamam özgədir. Onlar buxovsuz at
kimidirlər. Biz mətnin öhdəsindən gələnə, məşq edənə, öyrənənə kimi, bəs
kamera? Sonra yenidən qrim edənin yanına... Tısbağasayağı işləyirik. Çurikov
avtobusa yaxınlaşana, o məni kreslodan götürənə kimi işləməyi çatdırmırsan – çəkilmək
də lazımdır. Onlar isə səhəri başqa filmdə çəkilməyə getdilər, reklam,
televerilişlər… onlar tamam özgədirlər. Onlara çata bilmirəm.
- İllər keçdikcə xarakteriniz başqalaşıb? 30
il əvvəl sizi nə sevindirdisə, bu gün qıcıqlandırır?
- Sevinc elə əvvəlki
kimidir, qıcıq isə artıb. Mən deyingən olmuşam, müasir həyatı qəbul etmirəm.
Mühafizəkar olmuşam, baxmayaraq ki, əvvəllər mənə elə gəlirdi ki, mən uzun
saçlı, öndə gedən, musiqi qabiliyyəti olan, idman cüssəli, keçmişi qəbul etməyən,
gələcəyə baxan insanam, indi isə vahimə ilə düşünürəm: bunu nəyə görə edirəm? O
illərin nostalji hissləri, hər şeydə bir insaniyyətlik vardı. Kommunal evlərdə
axırıncı tikəmizi bölürdük, gecə yarıya kimi mətbəxdə söhbət edirdik.
Anbardarsayağı Aktyor evində gəzirdik. Qatarlarda insanlar axırıncı tikəsinə
kimi stolun üstünə qoyardı. İndi insaniyyətlik çatmır. Uşaqlar məktəbə tək
gedirdilər, həyətdə azad quş kimi gəzirdilər. Qonşuya etibar var idi – həmişə dəvət
edər, ac qoymazdılar. Kitablar oxunardı, heç bir rəzillik yox idi. İndi cəmiyyət
dəyişib. İtirdiklərimizə təəssüflənirəm, bu gün baş verənlərlə heç cürə barışa
bilmirəm. Eləcə də teatrda. Bu, mənə yaddır, teatra can atmıram, bunu bacarmıram,
gözəl başa düşürəm ki, orada lazım deyiləm, rejissorlara heç nə təklif edə
bilmirəm. Mən proqressiv hərəkətsizəm. Öz yaşıdlarımla ümumi dil tapmağa
çalışıram. Lakin onlar mənim danışdıqlarımdan da dəhşətli şeylər danışırlar.
- Rejissorlara sizinlə işləmək çətindir?
- Fikrimcə,
yox... Təxminən bilirəm ki, Levakov bu suala necə cavab verərdi. Teatr və kino
sahəsində işlədiyim rejissorlar o qədər də çox deyil – Vladimirov,
Yunqvald-Xilkeviç, Melnikov, Bortko... Biz bir-birimizə bağlanıb çox işləyirdik.
Nə vaxt ki, rejissorla tək bir tamaşa hazırlayırsan, onda bir-birini o qədər də
başa düşmürsən. Rejissorların tapşırıqlarını düzgün yerinə yetirməyə çalışıram
və buna görə şadam. İndi bir qədər sərt olmuşam. Elə ki, nəsə xoşuma gəlmir, məsələnin
həllini təklif edirəm. Başa düşülməyəndə sağollaşıb gedirəm. Bir-birinə əziyyət
vermək lazım deyil.
- Həyat yoldaşınız aktrisa Larisa Luppianı tez-tez
müxtəlif teatrlarda və tamaşalarda görmək olur. Lakin sizsiz...
- Bu,
Laranın vəzifə borcudur – o, bədii rəhbərdir, bilməlidir ki, şəhərdə hansı
tamaşalar qoyulur, hansı rejissorlar işləyəcək. O, doğrudan da teatrları çox gəzir,
afərin. Hərdən mən də onunla birgə gəzirəm, lakin çox vaxt bu əziyyətdən
qaçıram.
- Sizə hazırda həyat yoldaşınızın rəhbərlik
etdiyi "Lensovet” teatrının bədii rəhbərliyini
təklif ediblər. Nə üçün imtina edibsiniz?
- Mən
nə lider, nə də dəstə başçısıyam. Rəhbərlik edə bilmirəm. Yalnız itaət edə
bilirəm.
- «Qolos 60+» televiziya proqramının rəhbər
kreslosunda oturmaq sizə rahatdırmı?
-
Bu, mənim debütümdür, bütün buraxılışlarına baxsam da, «Səslər»də iştirak etməmişəm.
Verilişi çox sevirəm, orada elə gözəl səslər eşitmək olar ki, onlar bizim
zamanımızda, sadəcə, yox idi. Bu, möcüzədir. Xüsusilə də uşaqlar.... Mən, əlbəttə
ki, uşaq müsabiqələrindən bir qədər ehtiyat edirəm. Çünki əhliləşdirilmiş
uşaqları sevmirəm. Onlar müsabiqəyə can atmırlar, onları valideynləri TV-yə itələyirlər.
Yetişməmiş bəhəri stola qoymaq lazım deyil – tezdir, qoy yetişsinlər. Lakin "60+”
verilişi gedir, səninsə 70 yaşın var. Düşünürsən ki, artıq sondur, lakin 91
yaşlı nənə səhnədə elə oyunlardan çıxır ki, aman Allah, dəhşətə gəlirsən ki,
onların nə qədər enerjisi var, bu gücü haradan götürürlər? Mənim kimi ovqatı təlx
olanlara, bu, bir stimuldur.Verilişə gəldikdə
isə mən bilmirəm ki, bir daha məni «60+»ə
dəvət edərlər, ya yox, amma veriliş mənə böyük zövq bəxş etdi. Amma layiqli səsi
seçmək də çətindir, çünki o qədər layiqli insanlar var ki... Əksəriyyət isə
uşaqları müdafiə etmək istəyir, onlar üçün həyəcan keçirir, narahat olur.
- Bu yaxınlarda nəvəniz Sergeyi məşhur moskvalı gənclərin
balında müşayiət edirdiniz. Bala necə düşmüşdünüz?
-
Nəvəmdən ötrü nələrə qadir deyiləm... Mən yoldaşımla gəlmişdim, oğlum da həmçinin.
Moskvanın mərkəzində keçirilən bu balda məşhurların çoxlu uşaqları iştirak
edirdi. Uşaqlar üçün bu, böyük bayram idi. Onlar həyəcanla hazırlaşır, biz isə
onlarla birgə sevinirdik. Katya tələbədir, Kino və Televiziya İnstitutunda səs
rejissorluğu üzrə oxuyur, onun gözəl musiqi qabiliyyəti var.
- Deyirlər ki, yubileyiniz ərəfəsində Peterburq ətriyyat
istehsalçıları eksklüziv ətir hazırlayıblar. Bu prosesdə özünüz də iştirak edibsinizmi?
-
Qəzetlərdə bu haqda oxumuşam. Hələ qoxulamamışam. Bu, gözəl hədiyyədir, lakin
o, «gül kələm» variantında olmalıdır – məzəli. Ciddi desəm, elə insanlar var
ki, daha yaxşı qoxuyur. Yadımdadır ki, cavanlığımda, «Budur, əsgərlər gəlir»
adlı odekolon var idi.
- Yeni ildən sonra uşaqlarınız və nəvələrinizlə, adətən
isti məmləkətlərə gedirsiniz. Yenə də belə də olacaq?
- Bu
dəfə mənimlə Laradan başqa hamı gedir – biz Peterburqda evdə qalacağıq. Artıq
uzun müddətdir ki, valideyndirlər. Ata-ananın köməyi onlara lazım olmayacaq.
Özləri öhdəsindən gələcək. Artıq müstəqil olmaq vaxtıdır, nənəsiz və babasız...
Rusiya mətbuatından
tərcümə etdi
Təranə Məhərrəmova