• cümə, 19 Aprel, 07:58
  • Baku Bakı 13°C

Deputatların dəstəyi olmazsa, "Brexit" təhlükə altında qalacaq

26.03.19 10:00 392
Deputatların dəstəyi olmazsa, "Brexit" təhlükə altında qalacaq
Əgər Böyük Britaniya deputatları bu həftə Avropa İttifaqı ilə ölkənin bu qurumdan çıxması üzrə razılaşmanı dəstəkləməsələr "Brexit" uzun müddət ləngiyəcək və ya ümumiyyətlə baş tutmayacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deputatlara müraciətində deyib.
T.Mey bildirib: "Əgər İcmalar Palatası bu həftə Aİ-dən çıxmaq üzrə razılaşmanı dəstəkləməsə və razılaşmasız çıxmağa hazır olmasa, biz daha uzun möhlət haqqında fikirləşməli olacağıq, bu isə Böyük Britaniyanın Avropa Parlamentinə seçkilər keçirəcəyinə gətirib çıxaracaq və "Brexit"in baş tutacağına zəmanət verə bilməyəcəyik".
Baş nazir Böyük Britaniya üçün doğru qərar mayın 22-nə qədər Avropa İttifaqı ilə razılaşmanı imzalayıb Aİ-ni tərk etmək olduğundan əmin olduğunu bildirib.
banner

Oxşar Xəbərlər