• cümə axşamı, 28 mart, 15:21
  • Baku Bakı 16°C

Deputat: “Xankəndidə və ətrafında yaşayan ermənilər arasında çoxlu müharibə canisi var”

26.11.20 14:15 383
Deputat: “Xankəndidə və ətrafında yaşayan ermənilər arasında çoxlu müharibə canisi var”
"Müxalifətdə olan partiya sədri kimi Fransa senatına öz mövqeyimi bildirirəm. Dövlət vəzifəm yoxdur, hökumətdə təmsil olunmuram və bəzi məsələləri daha açıq deyəcəyəm”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, ermənilər həyasızcasına çıxdıqları əraziləri yandırıb, dağıdıb, meşələri doğrayıb aparıb, hər tərəfi minalayıb: "Biz isə ölkəmizə qarşı edilən güclü beynəlxalq təzyiqlər qarşısında dözüm göstərməyə məcbur edilirik. Hərçənd ki, təcavüzə məruz qalan da, meşələri qırılan da, şəhər və kəndləri xarabazara çevrilən də, köçkünləri min əziyyət yaşayan da bizik.BMT-yə, bütün dünyaya üzümü tutaraq ritorik suallar verirəm.
Evi yandırılan, qəbirləri təhqir edilən, məscidlərində donuz görən, dini hissləri təhqir edilən, ailə üzvünü itirən xalqın ermənilərlə birgə yaşamasına Fransa hansı töhfəni verir? Erməniləri yeni müharibəyə sövq edən Fransa və ona bənzər ölkələr separatçı ermənilərin ağzına sümük atır. Ermənilər, Marsel şəhərini Artsax elan edib, ikinci erməni dövləti yaratsalar xoşunuza gələr? Öz torpağında 27 il əzab-əziyyət içində yaşayan, qoyub çıxdıqları şəhər və kəndləri xarabalıq görən köçkün ailələrə ermənilərlə birgə yaşamaq mesajını beləmi verirsiniz?”
Deputat bildirib ki, bu gün Xankəndidə və ətrafında yaşayan ermənilər arasında çoxlu müharibə canisi var: "Onlar millətimizə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Aralarında hərbi cinayətlərə çağırış edənlər, evləri yandıran, meşəni qıran və mina basdıranlar var. Araik Arutunyan bizim torpaqlarda necə yaşaya bilər? Canilərin və separatçıların bizim torpaqlarımızda yalnız bir məkanda yaşayış hüququ var - o da həbsxanalarımız. Yerdə qalanlar isə Azərbaycan pasportunu alsın, üçrəngli bayrağı öpsün və qanunlara tabe olaraq tərəfini seçsin. Qarşı çıxanlara ən sərt miqrasiya qanunları tətbiq edilməlidir”.

banner

Oxşar Xəbərlər