• cümə axşamı, 18 aprel, 11:30
  • Baku Bakı 12°C

Deputat: “Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə insan alveri ilə bağlı sanki təbliğat gedir”

23.04.21 12:23 364
Deputat: “Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə insan alveri ilə bağlı sanki təbliğat gedir”
"İnsan alveri daxili yox, qlobal məsələdir. Dünyanı narahat edən məsələlərdən biridir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycanın qonşuluğunda olan dövlətlərin əksəriyyətində bu cür problemlər var: "Ona görə də bununla mübarizə çətinləşib. Bu gün özünü demokratik adlandıran ölkələrdə xeyli sayda insan alverinin qurbanına çevrilən şəxslər var. Daxildə də insan alveri qurbanları var. Regionlardan insanlar aldadılıb gətirilir. Onların çoxu məcburi əməyə cəlb edilir. Bəzən həmin insanların sənədləri alınır və işlədilir. Digər tərəfdən, Azərbaycandan Suriyaya gedənlərin də çoxu sonradan insan alverinin qurbanına çevrilib. Onlar da Azərbaycan vətəndaşıdır. Onların da hüquqlarını müdafiə etməliyik və ölkəyə qayıtmasını təmin etməliyik. Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə insan alveri ilə bağlı sanki təbliğat, həvəsləndirmə gedir. İstər sosial şəbəkələrdə, istər ayrı-ayrı sayt, televiziya kanallarında dövlət vəsaiti hesabına çəkilən serialların böyük əksəriyyəti insanları insan alverinə həvəsləndirir. Bununla biz ictimaiyyəti çaşdırırıq. Dövlət televiziyasında bu məsələ ilə bağlı təbliğat-maarifləndirmə xarakterli verilişlərə yer verməliyik”.

banner

Oxşar Xəbərlər