• cümə, 15 Noyabr, 15:51
  • Baku Bakı 14°C

Deputat: “Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Ermənistana qarşı ərazi iddiası anlamına gəlməməlidir”

09.07.21 12:47 321
Deputat: “Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Ermənistana qarşı ərazi iddiası anlamına gəlməməlidir”
"Azərbaycan Prezidentinin iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı Fərmandan sonra sosial şəbəkələrdə müzakirələr aparılır ki, guya bu Ermənistana qarşı ərazi iddiasıdır. Mən bunu qətiyyətlə rədd edirəm”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Tahir Kərimli deyib.
Deputat xatırladıb ki, Yunanıstan və Makedoniya 27 il ad mübahisəsi aparıblar: "Nəticədə Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın adı Şimali Makedoniya olaraq dəyişdirildi. Yəni, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Ermənistana qarşı ərazi iddiası anlamına gəlməməlidir”.
T. Kərimli vaxtilə ölkənin adının Şimali Azərbaycan olmasına dair təkliflə çıxışı etdiyini də vurğulayıb: "Şərqi Zəngəzur ölkəmizin bölünməsi ilə bağlıbir xatırlatmadır”.
Deputat qeyd edib ki, Ağsudakı zəlzələ ilə bağlı ayrılan pul büdcəyə geri qaytarılıb: "Hazırda orada 700 evin tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, büdcəyə qaytarılan pul bu istiqamətdə ayrılsın”.
Deputat Fəzail Ağamalı həmkarının fikirləri ilə razılaşmayaraq bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır, belə ki, 1921-ci ildə Zəngəzurun Ermənistana birləşdirilməsi başa çatıb: "Təkcə Zəngəzur deyil, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Ermənilər heç onların olmayan ərazilərə iddia edir, "Böyük Ermənistan” xülyası ilə yaşayır. Biz isə tarixi torpaqlarımıza iddia edəndə kimdənsə çəkinməliyik?! Biz öz tarixi torpaqlarımıza iddialıyıq və yaxşı edirik. Bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə qeyd edib ki, Zəngəzur o vaxt Azərbaycan Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilib: "Yazıq Nərimanovu məcbur etdilər ki, bu qərarı elan etsin. Burada əsas məsələ Azərbaycan torpağının Ermənistana verilməsi deyildi, türk xəttinin qırılması idi. Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edən, vahid türk xəttinin bərpası deməkdir”.
banner

Oxşar Xəbərlər