• cümə, 26 Aprel, 04:49
  • Baku Bakı 16°C

Deputat: “Qanunda 6 ay tələbini götürmək lazımdır”

22.06.21 13:51 236
Deputat: “Qanunda 6 ay tələbini götürmək lazımdır”
"Əlilliklə bağlı sənədlərin qəbul edilməsində Milli Məclis böyük məsuliyyətin çox hissəsini öz üzərinə götürdü və iki mühüm dəyişiklik etdi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr qərarında əlilliklə bağlı meyarlar 250-dən 150-yə endirilmişdisə, yeni qərarla bu meyarların sayı 800-dən çox olacaq: ""Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən yeni dəyişiklikdə niyə 4-5 ay yox, 7-8-9 ay yox, 6 ay müddət nəzərdə tutulur? Bu haqda fikirləşmək lazımdır ki, 6 aydan çox olanda nə olacaq? Yenə də bürokratik əngəllərə yol açılacaq. 6 ay tələbini aradan götürmək çox vacibdir. Çünki əlil şəxslərin tək gəlir yeri həmin müavinətlərdir. Yəni, bu şəxslər 6 ay qədər gözləməz. Amma bürokratik əngəllər bu müddəti uzadır. İkinci ciddi məsələ kimi aralıq müddət yaranır.
Nazir Kabineti 2015-ci il qərarını ləğv edəcək. Amma aralıq müddətdə yaranacaq problemlərin aradan qaldırılması üçün yeni qərarın qəbul edilməsi çox vacibdir. Çünki aralıq müddətdə Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı işləsə, çox böyük narazılıqlar yaranacaq”.

banner

Oxşar Xəbərlər