• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

Deputat: Prezidentin açıqlamaları bir növ bütün sualların cavabı idi

16.08.22 10:00 742
Deputat: Prezidentin açıqlamaları bir növ bütün sualların cavabı idi

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış oldular. Prezidentin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər həm yerlərdə vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün çox əhəmiyyətlidir. Deyə bilərəm ki, ölkədə gedən bütün quruculuq işlərinə şəxsən cənab Prezident özü nəzarət edir. Elə bu səbəbdən də son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb.

Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

“Səfər çərçivəsində ölkə başçısı yaxın günlərdə baş tutan “Qisas” əməliyyatına da toxundu. Prezidentin də qeyd etdiyi kimi, bu əməliyyat kiçik bir xəbərdarlıq idi. Hər kəs gördü ki, şəhidimizin qanı yerdə qalmadı. Revanşist xülyasına düşən erməni terrorçularının bundan dərs çıxaracaqlarına əminəm. Bundan sonra Ermənistan hökuməti daha məsuliyyətli olmalı, sülh prosesini uzatmamalıdır. Mən düşünürəm ki, hər iki xalqı ən çox düşündürən məsələlərdən ən önəmlisi, bəlkə də elə birincisi Qarabağdakı ermənilərin statusu məsələsi idi. Bundan həm Azərbaycan cəmiyyəti, həm də Qarabağdakı ermənilər narahat idi. Ölkə başçısı bu məsələyə bir dəfəlik son qoydu. Prezidentin Basqal səfərindəki açıqlamaları bütün sualların bir növ cavabı idi. Ölkə başçısının da qeyd etdiyi kimi, Qarabağdakı erməni sakinləri də Azərbaycan vətəndaşı olacaq və bu, onlar üçün əslində bir şansdır. İnteqrasiya, inkişaf etmək istəyirlərsə, bunu mütləq dəyərləndirməlidirlər. Prezident İlham Əliyevin statusla bağlı söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi. Hazırda Azərbaycanın tələbi ilə Laçın şəhərinin, Sus, Zabux kəndləri boşaldılır. Qarşı tərəf buna nə qədər mane olmağa çalışsa da, nail ola bilmədi, nəhayət ki doğma torpaqlarına qayıdışı səbirsizliklə gözləyən növbəti Qarabağ sakinləri öz yurdlarına qovuşacaqlar. Dövlətimizin başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tezliklə bütün Qarabağ sakinləri doğma yurdlarında məskunlaşa biləcəklər”, - deyə deputat vurğulayıb.

banner

Oxşar Xəbərlər