• cümə, 29 Mart, 01:38
  • Baku Bakı 7°C

Deputat: Prezident İlham Əliyevin D-8 sammitində iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir

23.10.17 11:00 1674
Deputat: Prezident İlham Əliyevin D-8 sammitində iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir
Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqil ölkə olaraq dünya arenasında, siyasətində özünəməxsus rola malikdir: "Ona görə də Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak etməsinin həm dövlətimiz, həm də üzv ölkələr üçün böyük əhəmiyyəti var. Azərbaycan aktiv bir ölkə olaraq belə görüşlərə tez-tez dəvət olunur”.
A.Badamov vurğulayıb ki, Azərbaycan Prezidentinin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sözügedən görüşdə iştirakı bir daha onu göstərir ki, Azərbaycanla Türkiyə arasında böyük dostluq əlaqələri var: "Ümumiyyətlə bütün beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan birlikdədir. Heç bir xarici müdaxilə və yaxud kimlərsə bizim dostluğumuza xələl gətirə bilməz”.
Qeyd edək ki, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.
banner

Oxşar Xəbərlər