• çərşənbə axşamı, 16 aprel, 17:40
  • Baku Bakı 19°C

Deputat: “Mehriban Əliyeva hər kəs üçün nicat qapısıdır”

28.08.21 12:15 233
Deputat: “Mehriban Əliyeva hər kəs üçün nicat qapısıdır”
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkədə sosial sahənin inkişaf etdirilməsində, yardıma ehtiyacı olanlara kömək əlinin uzadılmasında və uzun illərdir ki, Heydər Əliyev Fondunun çox nəcib fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsində əvəzsiz rol oynayıb”.
Bunu açıqlamasında deputat Naqif Həmzəyev deyib.
N.Həmzey vurğulayıb ki, Mehriban Əliyeva bu gün Prezident İlham Əliyevin ən yaxın silahdaşı, dayağı, haqq-ədalətin bərpa olunmasında cənab Prezidentə daim dəstək olan birinci şəxsdir: "Hörmətli Mehriban xanım bütün anaların, xüsusilə də şəhid və qazi analarının daim yanındadır. Birinci xanım şəhid övladlarının ən birinci dəstəkçisidir. O, xəstələrin sağlamlıqlarına qovuşmasında əlindən gələni edən, dəstək əlini uzadan ictimai-siyasi xadimdir. Heydər Əliyev Fondunun uzun illər ərzində həm ölkədə, həm də ölkə xaricində Azərbaycan mədəni irsinin tanıdılmasında çox böyük rolu olub. Bütün belə işlər Mehriban xanımın nəzarəti və təşəbbüsü ilə həyata keçirilib. 44 günlük Vətən müharibəsində də Prezidnetin ən böyük dayağı məhz hörmətli Mehriban xanım olub. Bu gün də işğaldan azad edilən torpaqlarımızda yenidənqurma və bərpa işlərində yaxından iştirak edir. Unutmamalıyıq ki, işğaldan azad olunmuş ərazilərdə tarixi -mədəni abidələrimizin bərpası işlərinə birbaşa olaraq Heydər Əliyev Fondu, Mehriban Əliyeva nəzarət edir. O, hər zaman nəcib ideyaların müəllifi olub. Birinci xanım hər kəs üçün nicat qapısıdır. Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir və fəaliyyətində uğurlar arzulayıram.
banner

Oxşar Xəbərlər