• cümə, 19 Aprel, 05:35
  • Baku Bakı 18°C

Deputat: “Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi indi hamıya bəllidir”

11.06.21 14:37 272
Deputat: “Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi indi hamıya bəllidir”
"Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi indi hamıya bəllidir”.
APA-nın məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu keçirilən iclasının Milli Qurtuluş gününə həsr olunmuş hissəsində deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində Qələbənin təməlinin qoyulduğu 1993-cü il müxtəlif proseslərdən keçdi: "Lakin ötən il növbəti həqiqəti gün üzünə çıxdı. Birinci Qarabağ müharibəsindən 3 il sonra güc nisbətinin Azərbaycanın xeyrinə dəyişməsini düşmən etiraf edir. Bu, hakimiyyətə gəlmək üçün "Qarabağı satdılar” deyənlərə cavab idi. Azərbaycan xalqı 10 noyabr 2020-ci il qələbəsinə 15 iyun 1993-cü il - o zamankı qurtuluş hissi ilə yol açdı. Hər iki qurtuluş bir mahiyyətdə birləşir. 15 İyun Qurtuluşu həm də Vətən müharibəsində qələbənin birinci günüdür”.
Deputat Siyavuş Novruzov bildirib ki, 2020-ci il Heydər Əliyevin arzularının həyata keçdiyi ilə çevrildi: "Heydər Əliyev məşəqqətlərdən keçməklə Azərbaycan maraqlarını müdafiə etdi. Heydər Əliyev Şuşada "Xarıbülbül” festivalı keçiriləndə dedikləri bugünkü gün üçün deyilmiş fikirlər idi. Heydər Əliyev illər öncə demişdi ki, Şuşasız Azərbaycan yoxdur. O, bunu bu gün üçün demişdi. Biz hamımız Heydər Əliyevin əsgərliyik. Kənardan söz deyənlərin cavablarını verməyə hazırıq. Onlar hər zaman ermənilərlə birləşib. Lakin onların əməlləri baş tutmayacaq. Onların nəinki söz deməyə, heç bu ölkədə yaşamağa belə haqqı yoxdur”.
Deputat İsa Həbibbəyli də çıxışında 15 İyun – Milli Qurtuluş günün Azərbaycanın xalqının tarixində əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.
Sonda spiker Sahibə Qafarova Milli Qurtuluş günü münasibətilə təbriklərini çatdırıb.
banner

Oxşar Xəbərlər