AZE | RUS | ENG |

"Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb"

Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb. Həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.
B.Muradova bildirib ki, o zaman Milli Şuranın İrəvanı Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik:
"İrəvanın Milli Şura tərəfindən hansı şərtlər daxilində Ermənistana verilməsi məlumdur. Qərarda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarla çıxış etməyəcəyi, oradakı azərbaycanlıların yaşayışına müdaxilə etməyəcəyi ilə bağlı şərtlər əksini tapmışdı. Milli Şuranın əsas xidməti müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakıni işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib”.
Vitse-spiker qeyd edib ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilmişdi: "Parlament seçkiləri keçirmək mümkün olmasa da, Milli Şura genişləndirildi, nəticədə 1918-ci ilin dekabrın 7-də parlament ilk işinə başladı və Azəbaycan dövlətçiliyi üçün mühüm qərarlar qəbul etdi”.
B.Muradova əlavə edib ki, Birinci Dünya müharibəsinin nəticələri, Osmanlı imperiyasının məğlubiyyəti Xalq Cümhuriyyətinin süqutuna yol açdı: "Sovetlər dövründə Cümhuriyyət atributlarının ləğvi barədə qərarlar qəbul edildi. Cümhuriyyət qurucularının bir qismi repressiya qurbanı oldu, bir qismi isə mühacirətə getdi”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982