• şənbə, 20 Aprel, 17:32
  • Baku Bakı 23°C

Deputat: “COVID-19-u gizli keçirənlər sertifikat ala bilmir”

11.06.21 11:40 235
Deputat: “COVID-19-u gizli keçirənlər sertifikat ala bilmir”
"Bəzi vətəndaşlar COVID-19-u gizli keçiriblər və onlar indi immunitet sertifikatı ala bilmir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, aidiyyəti komitə və dövlət qurumlarının bu məsələyə diqqət etməsini istəyir: "Bu sahədə boşluqlar var. Hazırda hamı kütləvi şəkildə vaksinasiya olunur, COVID-19 pasportu alır. Ancaq xəstəliyi gizli keçirənlər də olub və onlar immunitet sertifikatı ala bilmir”.

banner

Oxşar Xəbərlər