Deputat: Bu, xalqımızın dini ənənələrinə sadiq olduğunu nümayiş etdirir
Qurban bayramı özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü yaşadaraq, hər bir şəxsin ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təsdiqləyir. Eyni zamanda, insanlar arasında ülfət, qardaşlıq və mehribanlığın yaranmasına, yaşadılmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına, təmizlənməsinə, imanlarının kamilləşməsinə xidmət edir. Tarixən İslamın mütərəqqi ənənələrinə bağlı olan xalqımız da əsrlərdir ki, bu yüksək dəyərləri yaşadır, gələcək nəsillərə ötürür.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Rəşad Mahmudov deyib: "İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini hər zaman nümayiş etdirən Azərbaycan xalqı ən mürəkkəb, ağır şəraitlərdə belə Qurban bayramını özünün ən əziz, bəxtəvər günlərindən biri kimi qeyd edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranıb. Bu bayram respublikamızda tolerantlığın təntənəsinə çevrilib. Müxtəlif dini konfessiyaların nümayəndələri də Qurban bayramı günlərində vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirib, müsəlman dostlarını təbrik ediblər. Azərbaycan xalqının mənəvi birliyinin ifadəsi olan bu ənənə bundan sonra da davam edəcək.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin vəhdətini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirir”.
Rəşad Mahmudovun sözlərinə görə, yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti hökm sürür və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər respublikamızı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.
Azərbaycanda dini bayramlarla bağlı siyasi varislik prinsipi bu gün də uğurla həyata keçirilir. Ulu öndərimiz Heydər Əliyev hər il ölkəmizdə keçirilən dini bayramlar münasibətilə xalqımızı təbrik edib. Dahi şəxsiyyət müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirib. Bu gün də həmin ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısı hər il Azərbaycan xalqına bayram təbriki ünvanlayır və xoş arzularını çatdırır. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli” elan etməsi də xalqımızın dini dəyərlərinə böyük ehtiramının bariz ifadəsidir.
Deputat bildirib ki, ölkəmiz İslam mədəniyyətinin inkişafına böyük töhfə verir. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş edib.
Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb.
Dövlətimizin başçısının İslam dəyərlərinə verdiyi önəmin nəticəsidir ki, Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək ovqatla, əhval-ruhiyyə ilə keçirilir. Qurban mərasimləri günlərində dövlətimizin inkişafı, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.
Bütün xeyirxah niyyətlər, dua və diləklər isə ildən-ilə gerçəkləşir, Uca Yaradanın mərhəməti xalqımızın üstündən əskik olmur. Ötən il Vətən müharibəsində şanlı Ordumuzun yağı düşmən üzərində parlaq Qələbəsi də məhz bu ali istəyin – Vətən, torpaq haqqımıza qovuşmaq diləyimizin bariz ifadəsidir.
Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də bütün Azərbaycan xalqı, eləcə də gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, xalqımızın böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi.
"Hər zaman olduğu kimi, qarşıdakı əziz günlərdə də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyevin ruhuna Allahdan rəhmət diləyəcək, onun layiqli yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi daha da möhkəmlətmək, xalqımızı daha böyük uğurlara doğru aparmaq yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Yaradandan arzulayacaqlar”, - deyə R.Mahmudov qeyd edib.