bazar ertəsi, 04 iyul, 09:52

Baku Bakı 23°C

Deputat: “Bank kreditləri ucuzlaşdırılmalıdır”

icon 176 icon 25 may 2022 | 16:30 Deputat: “Bank kreditləri ucuzlaşdırılmalıdır”

“Mən Milli Məclisə üzv seçiləndə cavan oğlan idim. O vaxtdan bəri bank kreditlərinin faizlərinin aşağı salınmasını deyirəm. Bu məsələyə baxılmalı, bank kreditləri ucuzlaşdırılmalıdır"

“Report”un xəbərinə görə, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. Bundan başqa, o, təklif edib ki, ölkədə kənd təsərrüfatının inkişaf tempi artırılsın: “Bu, inflyasiyanı aşağı salar".