• cümə, 26 Aprel, 20:17
  • Baku Bakı 22°C

Deputat: Bakı Bəyannaməsinin imzalanması strateji əhəmiyyət daşıyır

29.07.21 17:00 267
Deputat: Bakı Bəyannaməsinin imzalanması strateji əhəmiyyət daşıyır
"Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi Zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir".
Bu fikirləri Kaspi.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.
O qeyd edib ki, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub: "Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istər İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir.Yeni mərhələdə hər üç dövlət müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir. Bu istiqamətdə mühüm təklif və təşəbbüslər irəli sürülür, konkret addımlar atılır.Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürməsi, təşəbbüsün Türkiyə və Pakistan tərəfindən müsbət qəbul olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji önəm daşıyır. Bu, ölkələrimiz arasında tarixi əhəmiyyətə malik dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə əlavə təkandır.Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafı regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa ciddi töhfədir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar".
banner

Oxşar Xəbərlər