• cümə axşamı, 18 aprel, 14:03
  • Baku Bakı 22°C

Deputat: "Azərbaycan parlamentinə etimad kifayət qədər böyükdür"

03.08.21 10:45 256
Deputat: "Azərbaycan parlamentinə etimad kifayət qədər böyükdür"
Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza insanların qayıtması üçün bütün imkanla səfərbər olunub. Hazırda ölkəmizin qarşısında duran ən vacib məsələ 30 ilə yaxın Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına geri qayıtmasını təmin etməkdir. Bunun üçün erməni işğalçılarından azad olunmuş ərazilərdə aparılan minaların təmizlənməsi prosesinin, sürətli yenidənqurma işlərinin şahidiyik.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Altıncı çağırış Milli Məclisinin səmərəli fəaliyyət göstərdiyini deyən deputat qeyd edib ki, hazırda Azərbaycan parlamentinə etimad kifayət qədər böyükdür. T.Gəncəliyev vurğulayıb: "Azərbaycan parlamentinə etimad kifayət qədər böyükdür. Xankəndidən seçilən bir deputat kimi deyə bilərəm ki, orada yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də öz hüquqlarının təmin olunmasını, qayğılarının həllini məhz Milli Məclis çərçivəsində görürlər”.
Pandemiya ilə mübarizə tədbirlərinə toxunan deputat bildirib ki, bütün dünya gözəgörünməz düşmənlə üz-üzədir. Ölkəmizdə pandemiyanın növbəti dalğasını müşahidə edirik. Hər gün koronavirusa yoluxanların və həyatını itirən insanların sayı artır. Dünyanın bu virusdan necə yaxa qurtaracağını hələlik demək mümkün deyil. Ölkəmiz də bu bəladan minimum itkilərlə çıxmağa çalışır. Biz bütün qüvvələrimizi səfərbər edib bu çətin sınaqdan da birlikdə çıxmalıyıq”, - deyə deputat diqqətə çatdırıb. (Azərtac)
banner

Oxşar Xəbərlər