• cümə axşamı, 14 noyabr, 01:05
  • Baku Bakı 9°C

Deputat: Azərbaycan həssas məsələlərdə prinsipiallığını bundan sonra da qoruyacaq

16.08.21 12:00 239
Deputat: Azərbaycan həssas məsələlərdə prinsipiallığını bundan sonra da qoruyacaq
Prezident İlham Əliyevin "CNN Türk” televiziya kanalına müsahibəsi zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı dövrdə də həssas yanaşdığı məsələlərdə prinsipiallığını qoruyacaq, yenə də öz gücünə arxayın olacaq və bölgədə yaranmış yeni şəraitin bu regionda yerləşən dövlətlər üçün bir fürsətə - əməkdaşlığa, sülhə, inkişafa çevrilməsinə dəstək göstərəcək. 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal edərək amansız dağıntılar, vandalizm, soyqırımı törədən Ermənistan 44 gün ərzində layiqli cavabını aldı və nəticədə ölkəmiz ərazi bütövlüyünü bərpa etdi. Hesab edirəm ki, Prezident İlham Əliyev bundan sonrakı dövr üçün mövqeyini açıq-aydın ortaya qoydu və hər kəsi bu fikirlərdən nəticə çıxarmağa çağırdı.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.
Deputat qeyd edib: "Burada bir neçə istiqaməti xüsusi vurğulamaq istərdim. Müzəffər Ali Baş Komandan bir daha bildirdi ki, Azərbaycan öz gücünə qısa müddətdə müharibədən qalib çıxdı və tarixi ədaləti bərpa etdi. İndi isə ölkəmizin mövqeyi imzalanmış üçtərəfli sənədin tam icrası və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yekun sülh sazişinin bağlanmasından ibarətdir. Bununla Azərbaycan imzaladığı sənəddə üzərinə düşən öhdəlikləri yerinə yetirilməsinə sadiqlik göstərməklə digər tərəfləri də buna çağırdı. Əslində, hər kəsə də məlumdur ki, Azərbaycan qeyri-adi nəsə istəmir, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərin Ermənistan tərəfindən də tanınmasını tələb edir”.
Ş.İsmayılov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev, eyni zamanda, Rusiya sülhməramlılarının məsuliyyət dairəsində olan Azərbaycan ərazilərində də bizim tərəfimizdən tam izlənmənin həyata keçirildiyini vurğulamaqla orada cərəyan edən bütün hadisələr barədə məlumatlı olduğumuzu göstərdi. Bu məqamlara toxunmaqla dövlətimizin başçısı bir daha açıq şəkildə Ermənistana mesaj verdi - biz sülh tərəfdarıyıq, amma hər hansı yeni aqressiya qarşı tərəf üçün fəlakətlə nəticələnəcək.
Bundan başqa, regionda açılacaq yeni nəqliyyat dəhlizlərinin, xüsusilə də Zəngəzur dəhlizinin önəminə diqqət yetirilməsi Azərbaycanın bu məsələdə də prinsipial mövqedə olduğunu göstərdi. Bütövlükdə iqtisadi münasibətlərin bərpası, nəqliyyat dəhlizlərinin qısa müddətdə işə salınması bir tərəfdən region üçün böyük əhəmiyyət daşıyırsa, digər tərəfdən iqtisadiyyatı ianələr üzərinə qurulan Ermənistanın özü üçün yeganə çıxış yoludur. Prezident İlham Əliyevin, eyni zamanda, Azərbaycanın tolerant, çoxkonfessiyalı bir dövlət olduğunu, xalqların bir yerdə əsrlər boyu mehriban yaşadıqlarını xatırlatması və Azərbaycan Rusiya sülhməramlılarının nəzarət zonasındakı ərazilərində olan ermənilərə çağırış etməsi onlar üçün də tarixi bir şansdır. Onlar güclü Azərbaycan dövlətinin vətəndaşları kimi yaşa bilərlər”, - deyə deputat qeyd edib.
banner

Oxşar Xəbərlər