• cümə, 29 Mart, 04:49
  • Baku Bakı 7°C

Deputat: Azərbaycan gücləndikcə İran bundan narahat olur

28.01.23 20:00 716
Deputat: Azərbaycan gücləndikcə İran bundan narahat olur

“Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu bu dövlətin növbəti dəfə iç üzünü açmış oldu. Biz bir daha şahidi oluruq ki, bu cür hallar İranın güclü Azərbaycanı istəməməsinin nəticəsidir. Ölkəmiz gücləndikcə görünür, qonşularımız bundan narahat olur. Səfirliyə terror hücumu heç nəylə ört-basdır ediləcək bir məsələ deyil”.

Bunu deputat Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, hücumun arxasında kimlərin dayandığının müəyyənləşdirilməsi, terrorçunun tapılmasının təmin edilməsi İranın hüquq mühafizə orqanlarının üzərindədir: “Bütün bunlar haqqında rəsmi Bakıya izahat verilməlidir. İran 44 günlük müharibə dövründə də öz açıqlamaları və atdığı addımlarla Azərbaycanı, müsəlman dünyasını məyus etmişdi. Çünki başqa vaxt özlərini islamın keşikçiləri kimi təqdim edən bu ölkə məscidlərdə donuz saxlayan, din abidələri təhqir edən Ermənistana qahmar çıxırdı. Əlbəttə, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi onların bu məsələlərdə bütün yeritdikləri siyasəti alt-üst etmişdi. Bu yolla bizi durdura bilməyəcəyini düşünən “islam” ölkəsi müharibədən sonrakı dövrdə daxildən bizi parçalamaq yönündə siyasət yeritməyə çalışırdı. Bir ara iranpərəsət mövqeli insanların meydana çıxması, sonra müvafiq qurumlarımızın peşəkar fəaliyyəti nəticəsində ifşa olunması bu istəklərini də onların qursağında qoymuş oldu. Ümumiyyətlə, biz ildən-ilə gücləndikcə, dünyada böyük nüfuz sahibi olduqca bu dövlətin məkrli siyasətini daha çox hiss etməyə başladıq. Bu dəfə isə terrora əl atılması, qonşuluq münasibətlərinin üstündən xətt çəkməklə yanaşı, beynəlxalq hüququn da kobud şəkildə pozulmasıdır. Ona görə də beynəlxalq aləm bu məsələyə öz münasibətini bildirməlidir. İran isə məsələyə don geyindirmədən olub-bitənlərə rəsmi şəkildə açıqlama verməlidir”. (APA)

banner

Oxşar Xəbərlər