AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat AŞPA-nı mina xəritələri ilə bağlı tədbir görməyə çağırıb

Deputat AŞPA-nı mina xəritələri ilə bağlı tədbir görməyə çağırıb

Təfsilat
21 İyun 2021, 23:00 127
"Azərbaycan torpaqları erməni işğalından azad edilsə də, məcburi köçkünlər hələ də minalanmış ərazilərə görə öz torpaqlarına qayıda bilmirlər. Bu barədə Avropa Şurası təcili addım atmalıdır”.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadarai yay sessiyası zamanı çıxışında deyib.
O qeyd edib ki, iyunun 4-də Kəlbəcərdə iki azərbaycanlı jurnalist minaya düşərək həlak olublar: "Biz hər platformadan Ermənistana səslənərək onlardan minalanmış ərazilərin xəritələrini istəmişik. Onlar Ağdam rayonu üzrə 97 min minanın xəritəsini iyunun 12-də təhvil verib. Təsəvvür edin ki, təkcə bir rayonda bu qədər mina var. Nikol Paşinyan çıxışında fəxrlə bunun sadəcə minalanmış ərazilərin bir qismi olduğunu bildirib”.