• şənbə, 20 Aprel, 02:40
  • Baku Bakı 15°C

Deputat: “Adamların imkanı olmadığı üçün testdən keçmirlər, yoluxma halları artır”

24.11.20 11:56 368
Deputat: “Adamların imkanı olmadığı üçün testdən keçmirlər, yoluxma halları artır”
"Koronavirus bu gün hər kəsi narahat edir. Bizdə müharibə, qələbə sevinci vəziyyəti gərginləşdirdi”.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat qeyd edib ki, insanlar yoxlama işinin bahalı olduğunu nəzərə alaraq, çox zaman testdən keçmirlər: "Adamların imkanı olmadığı üçün testdən keçmirlər və yoluxma halları artır. Bu, nəzərə alınmalıdır. Bundan başqa, pik saatlarda avtobuslara yaxın düşmək mümkün deyil. Elə bil, hər dayanacaqda mitinq gedir. Metronu açmaq bu işi asanlaşdırar. Əlaqədar qurumlar bunu nəzərə alsalar yaxşı olar”.

Sədr Sahibə Qafarova bildirib ki, ötən iclasların birində deputat Soltan Məmmədov testlərin pulsuz olduğunu demişdi.
banner

Oxşar Xəbərlər