AZE | RUS | ENG |

Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi

Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi
Aprelin 22-də 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisinin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin Goranboy rayonununda seçicilərlə növbəti görüşü və qəbulu keçirilib.
 
Ekspress.az xəbər verir ki, seçicilərlə görüşdə yerli ictimaiyyətin nümayəndələri, ziyalılar, şəhid ailələri, Qarabağ Müharibəsinin iştirakçıları və əhalinin digər təbəqələrinin təmsilçiləri iştirak ediblər.
 
Millət vəkili görüşdə çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində Azərbaycanda və Goranboy rayonunda görülən işlər, uğurla icra olunan dövlət proqramları və infrastruktur layihələri, genişmiqyaslı quruculuq və abadlıq işləri barədə seçicilərə ərtaflı məlumat verib.
 
Görüşdə, həmçinin ölkənin və rayonun son illərdəki sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, cənab Prezidentin əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönələn yeni sosial islahatlar paketinin əhəmiyyəti, "Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında” nəzərdə tutulan təbdirlərin yerlərdə həyata keçirilməsinə başlanılması və cari ilin ilk aylarının müsbət sosial-iqtisadi inkişaf dinamikası vurğulanıb.
 
Görüşdən sonra Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyilə Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı seçki dairəsinə daxil olan yaşayış məntəqələrindən şəhid ailələri, Qarabağ Müharibəsinin iştirakcıları və digər az təminatlı ailələr əhatə olunmaqla Məşhəd ziyarətinə göndəriləcək 30 nəfər mömin seçici qəbul edilib.
 
Qəbulda qeyd olunub ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində xalqımızın mənəvi və dini dəyərlərinə böyük ehtiram və sayğı ilə yanaşılır. Bu gün Azərbaycan sözün həqiqi mənasında dövlət-din münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin yüksək səviyyədə təşəkkül tapdığı bir məkana çevrilib.
 
Dövlətimizin uğurlu din siyasətinə dəstək kontekstində millət vəkili tərəfindən hər il maddi imkanı məhdud olan bir qrup mömin seçicinin ölkə xaricindəki müqəddəs ocaqlara ziyarətə göndərilməsi artıq xoş ənənə halını alıb.
 
Cari il də daxil olmaqla son 3 il ərzində deputat tərəfindən adı çəkilən rayonlardan 120 nəfər Məşhəd, 17 nəfər isə Həcc ziyarətinə göndərilib.
 
Qəbulun bəzi iştirakçıları söz alaraq milli adət ənənələrimizə və dini dəyərlərimizə, xüsusilə şəhid ailələrinə və digər imtiyazlı təbəqədən olan insanlara göstərilən bu qayğıya və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və zəvvarların Həcc və Məşhəd ziyarətlərinə göndərilməsinin təşkilinə görə millət vəkilinə təşəkkür ediblər.
 
Qəbul bitdikdən sonra yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 30 zəvvar xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Məşhəd ziyarətinə yola salınıb.
 
Həm görüşdə, həm də qəbulda seçicilərin və sakinlərin qaldırdıqları məsələlərə deputat tərəfindən həssaslıqla yanaşılıb, bəzi sosial problemlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi barədə onlara məlumat verilib.
 
Deputat Ağalar Vəliyevin istər seçicilərlə görüşündə, istərsə də qəbulunda ölkə rəhbərliyinin uğurlu dövlət siyasəti yüksək dəyərləndirilib, Prezident İlham Əliyevin çoxşaxəli fəalliyyətinə böyük dəstək nümayiş olunub, ölkəmiz və xalqımız üçün 2019-cu ilin və qarşıdakı illərin daha da uğurlu olacağına əminlik ifadə olunub.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965