• cümə, 19 Aprel, 08:49
  • Baku Bakı 13°C

“Dənizlinin gəlişi “Xəzər Lənkəran” üçün əlavə stimul olacaq”

28.11.13 15:45 1145
“Dənizlinin gəlişi “Xəzər Lənkəran” üçün əlavə stimul olacaq”
“Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın baş məşqçi postunda uğurlu olacağına inanıram. Amma bunun üçün vaxt lazımdır”. Bu fikirləri Lent.az-a açıqlamasında “Bakı” klubunun sabiq vitse-prezidenti Tunc Afşar deyib.
Türkiyəli ekspert bildirib ki, Dənizli “Xəzər Lənkəran”da istədiyi heyəti yalnız gələn ilin yayında formalaşdıra biləcək. Çünki qış transfer dövründə səviyyəli oyunçu tapmaq çətindir.
Afşarın fikrincə, məşhur mütəxəssis bu mövsüm “ağ-yaşıllar”a çempionluq sevinci yaşada bilməyəcək, lakin onun Avropa Liqasına vəsiqə qazandırması mümkündür: “Dənizlinin gəlişi “Xəzər Lənkəran” üçün əlavə stimul olacaq. Bunun da köməyi ilə klub oyunlarına daha yaxşı köklənəcək və Avropa Liqasına vəsiqə qazanacaq. Amma hazırkı durumu elədir ki, “Xəzər Lənkəran”ın çempion olacağı inandırıcı görünmür”.
Qeyd edək ki, Mustafa Dənizli yaxın günlərdə Azərbaycan klubu ilə rəsmi müqavilə bağlayacaq.
banner

Oxşar Xəbərlər