• çərşənbə, 24 Aprel, 19:48
  • Baku Bakı 23°C

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib

27.08.17 14:30 558
Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda dörd nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.
Əməliyyat saat 11:00-da başa çatıb.
banner

Oxşar Xəbərlər