AZE | RUS | ENG |

Dəmir yolu xətləri Əhmədli, Zirə, Pirallahı və aeroporta qədər uzadılacaq

Dəmir yolu xətləri Əhmədli, Zirə, Pirallahı və aeroporta qədər uzadılacaq
Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.
QSC sədri bildirib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir: "Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır".
Onun sözlərinə, hazırda dəmir yolu daha sürətli nəqliyyat vasitəsi hesab olunur:
"Gələcəkdə dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər uzadılmasını düşünürük və bu yollar davamlı olaraq tikiləcək".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892