• cümə, 29 Mart, 09:43
  • Baku Bakı 5°C

“Delta” ştamının əsas əlamətləri

14.07.21 16:00 278
“Delta” ştamının əsas əlamətləri
Yeni növ koronavirus (COVID-19) infeksiyasının "delta” ştamının əsas əlamətləri mədə-bağırsaq pozuntusu (ögümə, qusma, diarreya), yüksək hərarət və nevroloji narahatlıqlardır. Bu ştamla xəstələnən zaman ağciyər zədələnmələrinə rast gəlinsə də, əsas simptomlardan deyil. Ötən müddət ərzində yeni növ koronavirus infeksiyası ilə bağlı müəyyən təcrübəyə yiyələnə bilmişik. Əldə edilən təcrübəyə əsasən, virusun əlamətləri daha çox ağciyərlərdə deyil, başqa orqanlarda özünü büruzə verərsə, ağciyərlər daha az zədələnir. Belə olan halda, ölüm halları az müşahidə edilir. Yəni, mədə-bağırsaq pozntusu və yaxud da nevroloji narahatlıqlar ölümcül deyil.
Bunları tibb elmləri doktoru, professor Əlizamin SadiqovAZƏRTAC-a koronavirusun "delta” ştamı və onun əsas əlamətləri ilə bağlı məlumat verərək deyib.
Həkim-pulmonoloq bildirib ki, hərçənd, virus sərhəd tanımır: "Bütün orqanları həm ayrı-ayrılıqda, həm də eyni vaxtda zədələyə bilər. Odur ki, sosial məsafə qorunmalı, dezinfeksiya məhlulları və tibbi maskadan istifadəyə riayət edilməlidir. Ən əsası isə, vaksinasiyadan keçmək vacibdir”.
Professor Əlizamin Sadiqov vurğulayıb ki, istənilən halda, vətəndaşların panikaya düşməsinə ehtiyac yoxdur: "Delta” variantı sürətli yayılma xüsusiyyətinə malik olsa da, daha ölümcül olması ilə razılaşmıram. Bəzi şişirtmələrə inanmadan, panikaya düşmədən qoyulan bütün qaydalara əməl edilərsə, hesab edirəm ki, koronavirusla mübarizədə qalib gələ bilərik. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanda vaksinasiyadan keçənlərin sayı kifayət qədər çoxdur. Yəni, bir çox vətəndaşda koronavirusa qarşı immun cavab formalaşıb. Belə olan halda, vətəndaşların əksəriyyəti "delta” ştamı ilə ya yoluxmayacaqlar, ya da xəstəliyi yüngül keçirəcəklər. COVID-19 virusunun yeni ştamlarının yaranması təbii prosesdir. Ona görə də, təkrar edirəm, vətəndaşların stres keçirmələrinə ehtiyac yoxdur. Yeganə və ən effektiv çıxış yolu vaksinasiyadır”.
Qeyd edək ki, Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də koronavirusun "delta”, 9-da isə "alfa” variantı aşkar olunub.
banner

Oxşar Xəbərlər