• cümə axşamı, 25 aprel, 09:56
  • Baku Bakı 14°C

Dedlaynla işləyən yazarlar üçün olar-olmazlar

26.01.15 06:28 1148
Dedlaynla işləyən yazarlar üçün olar-olmazlar
Gec və ya tez bir gün mütləq dedlaynla (yazıya qoyulan son təhvil tarixi – red.E.S.) işləmək hər yazara qismət olur. Bunun sizə iş verənlər tərəfindən qoyulması şərt deyil, dedlaynla işləmək hər zaman sizə kömək edir. Hansısa ədəbi jurnala yazı vermək, müsabiqəyə yazı təqdim etmək və ya naşirinizə əlyazmanın tamamlanmış versiyasını göstərmək üçün özünüzə mütləq bir vaxt təyin etməlisiniz. Bu həm də gələcəkdə sizə işverənlər tərəfindən qoyulan dedlaynlardan qorxmamağınızı da təmin edəcək. Çünki belə olanda siz bütün beyniniz və iradənizi işi həmin vaxtda bitirməyə kökləyir və vaxtdan səmərəli istifadə etməyi öyrənirsiniz. Amma siz nə qədər də dedlayna köklənsəniz də işlər heç də planlaşdırdığınız kimi getmir. Əl-ayaq işləri, məişət qayğıları, gündəliyə düşən vacib görüşlər, səfərlər... Xülasə, sizə təyin ediləndə “bol-bol zaman” kimi görünən vaxt quş qanadında ötüb keçə bilər. Bu vaxt böhranı ilə hamı qarşılaşır. Bəs, bu qarışıq və sürətli vaxtın sonunda keyfiyyətsiz bir iş təqdim etməmək üçün nə etmək lazımdır? “writer’sreliefstaff” bloqu tərəfindən “huffingtonpost” oxucuları üçün hazırlanmış yazını sizə təqdim edirik.
Panikaya düşməyin! Sizlər üçün dedlayn tarixinə kimi başınızı itirməməyiniz və bunun üçün nələri etməli, nələri etməməli olduğunuzu bir neçə məsləhətdə topladıq.
Onu parçalayın – Əgər dedlayn tarixinə çox az zamanınız qalıbsa, söz verdiyiniz işin öhdəsindən gəlmək üçün lazımsız hər şeyini səsini batırmaq elə də çətin deyil. Əlinizdəki yazını hissələrə ayırın. Lakin gündəlik hədəflərinizi gücünüzə görə təyin edin, yəni günbaşına fantastik parçalar ayırmayın ki, öhdəsindən gələ bilməyib, daha da həvəsdən düşməyəsiniz. Əgər bir yazı üçün bir neçə iş tapşırılıbsa, onları korrektə, redaktə, formatlama kimi gün başlıqlarına ayıra bilərsiniz.
Ən çətindən başlayın. Hamımız nədənsə işin sevdiyimiz və ya asan hissəsindən başlamağa meyilliyik. Əgər mümkündürsə, ən sevmədiyiniz işi ən birinci icra etmək vərdişinə yiyələnin. Çünki ən sevdiyiniz işlə məşğul olmaq nə iləsə vaxt öldürmək kimidir, odur ki, hədəfi asanlaşdırmaq istəyirsinizsə, vaxt öldürməyi sona saxlayın.
Bir neçə işlə paralel məşğul olmağa çalışın. Bu aralar zaman sizin üçün qızıldan qiymətlidir? Onda avtobus və metroda keçən yolu korrektəyə, düzəlişlərə sərf edin. Uşaqlarınıza verilən ev tapşırıqları ilə məşğul olduğunuz saatlarda onlar tapşırıqlarını icra edərkən gözləməyin siz də yazınızın redaktəsinə baxın. . Time is of the essence? Reread your work on the subway, or edit as you wait for your children to finish their after-school activities. Gəminin limana çatmağını gözləməyin, bir neçə işi paralel şəkildə icra edərək, zamanı mümkün olduğunca yaxşı dəyərləndirməyə çalışın. Lazımsız şeylərə fokuslandığınız zamanlar azaldıqca, əldə etdiyiniz nəticə indiyədək əldə etdiklərinizin ən yaxşısı olacaq.
“Yox” deməyi öyrənin. Əgər dedlayna ayrılmış vaxtla zehni imkanlarınız güclə üst-üstə düşürsə, deməli, boşa sərf ediləcək saniyəniz belə yoxdur. Odur ki, özünüzü uşaqlarınız məktəb məşğələlərində könüllü olmaq təkliflərinə və ya kayak klubunuzun növbəti istirahət gününü planlaşdırmağa “yox” dediyinizə görə günahkar hiss etməyin. Hətta maddi vəziyyət imkan verirsə, yeməkləri restorandan sifariş verərək, sağlam və gigiyenik şəraitdə bişdiyindən əmin olduğunuz ev yeməklərini gələn həftəyə təxirə salın.
Diqqətinizi yayındırmayın. Bu o deməkdir ki, sosial mediaya, emaillərə, video oyunlara, filmlərə, hətta bir dəqiqəlik mənzərə izləməyə belə vaxt ayırmamalısınız. Yazmaq üçün ayrılmış zaman sadəcə YAZMAQ üçündür, bunu əsla unutmayın. Bu zamanı siz xor halındakı işlər üçün, “bircə suala cavab vermək”, “bircə dəqiqəni ayır”-maq və ya sabahkı görüşü planlaşdırmaq üçün sərf edə bilməzsiniz. Yazmaq üçün ayrılmış müqəddəs zaman bitdikdən sonra istədiyiniz işə istədiyiniz qədər diqqət ayırmaqda sərbəstsiniz.
Tənəffüsləri unutmayın. Yuxarıda sadaladıqlarımızın məntiqinə tərs bir fikir kimi səslənsə də, bəli, ara vermək, dincəlmək vacibdir. Əgər zehni böhran yaşamaq istəmirsinizsə, işə başlamazdan dincəlmək zamanlarınızı da müəyyənləşdirin. Klaviaturadan uzaqlaşın, özünüzə qəhvə dəmləyin, sakit bir yerdə aram-aram için, yemək yeməyi unutmayın. Sağlam və vaxtında qidalanın. Bəzi işlər tünd qəhvə tələb edir, əlinizdə altında daima tünd qəhvə olsun.
Narahatlıq hissindən qurtulun. Narahatlıq və qorxu hissi motivasiyanızı sala və sizi əlinizdəki işdən soyuda, hətta imtina etməyə məcbur edə bilər. Ümidsizlik və çarəsizlik hissini uzaq tutmağa çalışın. Perspektivlərinizdən uzaqlaşmayın. Əlinizdən gələnin ən yaxşısını etməyə çalışdığınızdan əmin olun, ola bilər ki, bu dedlaynın vaxtını ötürmüş olarsınız, amma hər zaman yaxşı və məsuliyyətli işlədiyinizdən əmin olun. Yeni bir yarış başladın özünüz üçün, vərdişlərinizi möhkəmlədin. Hər dəfə daha qısa zamanlı dedlaynlar təyin edin.
Bəli, indi rahat bir nəfəs alın, işə mərkəzlənin və yazmağa başlayın – dedlayn gününə tam hazır olacaqsınız!
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər