• cümə, 29 Mart, 06:27
  • Baku Bakı 5°C

Dedilər ki, “Barsa”ya keçir, PSJ-nin nümayəndələri ilə görüşdü

16.05.19 11:36 673
Dedilər ki, “Barsa”ya keçir, PSJ-nin nümayəndələri ilə görüşdü
"Atletiko”dan ayrılacağı dəqiqləşən Antuan Qrizmanın karyerasını hansı klubda davam etdirəcəyi ilə bağlı yeni məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, Qrizmanın "Barselona”ya keçəcəyi bildirilirdi. Ancaq "L'Equipe” nəşri başqa iddia irəli sürüb.
Nəşrin yaydığı məlumatda bildirilir ki, Antuan karyerasını vətənində - PSJ-də davam etdirə bilər. Hətta onun agentlərinin PSJ-nin nümayəndələri ilə görüşdüyü də deyilir.
Qrizmann "Atletiko”dan ayrılacağını rəsmən açıqlayıb. "Barsa”nın ona görə 25 milyon avro ödəməyə hazır olduğu barədə də məlumat yayılıb.
banner

Oxşar Xəbərlər