• çərşənbə, 24 Aprel, 16:34
  • Baku Bakı 27°C

Daxili İşlər Nazirliyi: Axtarışda olan 25 nəfər saxlanılıb

21.10.19 12:52 666
Daxili İşlər Nazirliyi: Axtarışda olan 25 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 26 cinayətin üstünü "isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər