• cümə axşamı, 25 aprel, 19:46
  • Baku Bakı 21°C

Davudoğlu “Əl-Qaidə“nin təhdidindən danışdı

13.05.14 08:15 950
Davudoğlu “Əl-Qaidə“nin təhdidindən danışdı
"Əl-Qaidə"nin fəaliyyəti Türkiyənin təhlükəsizliyini təhdid edir. Trend Hurriyet Daily news qəzetinə istinadən bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı bəyan edib.
O, qeyd edib ki, Türkiyənin terror qruplaşmalarının dəstəkləməsi barədə bəyanatlar həqiqətəuyğun deyil.
"Keçmişdə Türkiyə "Əl-Qaidə"nin fəaliyyəti nəticəsində zərər çəkib.
Hazırda müxtəlif qabaqlayıcı tədbirlər terrorçularla mübarizəyə yönəldilib", - ölkənin XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Suriyadakı terrorçu qruplaşmalar xarici həmkarları ilə ünsiyyət zamanı daim müzakirə mövzusu olub və əlavə edib ki, bir çox ölkələr ekstremizmlə mübarizəyə ruh yüksəkliyi ilə gəliblər.
banner

Oxşar Xəbərlər