• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

David Zalkaliani: Gürcüstan mühüm tranzit marşrut və dəhlizlərinin inkişafında fəal iştirak edir

15.02.20 20:00 2040
David Zalkaliani: Gürcüstan mühüm tranzit marşrut və dəhlizlərinin inkişafında fəal iştirak edir
Gürcüstan Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizi, Lapis Lazuli, "Cənub-Qərb” dəhlizi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Avropadan Çinə yükdaşımalar üçün tələb olunan müddəti azaldan Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm tranzit marşrut və dəhlizlərinin inkişafında fəal iştirak edir. Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri daxil olmaqla regional layihələrdə fəal iştirakı ilə etibarlı tərəfdaş olduğunu sübut edib.
AZƏRTACxəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı deyib
"Hazırda Gürcüstan səylərini Cənub Qaz Dəhlizi, Avrasiya enerji dəhlizi kimi beynəlxalq əhəmiyyətli enerji layihələrinə yönəldib. Böyük potensiala malik regionun inkişafı üçün həlledici amillərdən biri bölgə ölkələri arasında əməkdaşlığın təşviqi, nəqliyyat, energetika sahələrində əlaqələrin dərinləşdirilməsi, əsas strateji layihə və təşəbbüslərə cəlb olunmaqdır”, - deyə D.Zalkaliani vurğulayıb.
banner

Oxşar Xəbərlər