Daşkənddə Respublika Günü münasibəti ilə qəbul keçirilib
Azərbaycanın Özbəkistandakı
səfirliyi 28 May - Respublika Günü, Azərbaycan diplomatiyasının 100 illiyi
münasibəti ilə rəsmi qəbul keçirib.
Qəbulda Özbəkistanın Baş naziri Abdulla Aripov, Azərbaycan Milli Məclisinin deputatları Elman Nəsirov və Aydın Hüseynov, Senatın sədr müavini Saleh Safoyev, xarici işlər nazirinin müavini İlham Nematov, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Macarıstan, Pakistan, İsrail, Avropa Birliyi, Bolqarıstan, Çin, Fransa, İtaliya, İspaniya, Belarus, Rusiya, Polşa, Çexiya, İran, Fələstin və digər körfəz ölkələrinin səfirləri və diplomatik nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak edib.

Azərbaycanın və Özbəkistanın
dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn
Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən, onun qısa müddət
ərzində gördüyü işlərdən danışıb. Deyilib ki, çətin ictimai-siyasi şəraitdə AXC
Avropa və Amerikanın 20-dən artıq dövləti ilə diplomatik münasibətlər qurub,
qısa müddət ərzində xalqımızın tarixində silinməz iz buraxıb.
Diplomat vurğulayıb ki, qısa
müddət ərzində Azərbaycanın bayrağı, himni, konstitusiyası qəbul edilib,
Azərbaycan dili Dövlət dili elan edilib.
Səfir
deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə
keçirilən tədbir, həm də Azərbaycan diplomatik xidmət orqanlarının 100
illiyinin qeyd olunduğu tarixə təsadüf edir.H.Quliyev 1991-ci ildə
müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin 1918-ci ildə yaradılan
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edib, müstəqil
Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən layihələrdən danışıb.
Hüseyn Quliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana
təcavüzü barədə məlumat verib. Səfir bildirib ki,
BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən
qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin işğalçı
Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə də məhəl qoymur və
bununla da beynəlxalq ictimaiyyətə meydan oxuyur.
Səfir Azərbaycan ilə Özbəkistan
arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Özbəkistanın tutduğu
ədalətli mövqeyə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı göstərdiyi dəstəyə
görə bu ölkənin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin keçirildiyi bir neçə saat ərzində görkəmli Azərbaycan
musiqiçiləri Müslüm Maqomayevin və Rəşid Behbudovun məşhur ifaları təqdim
edilib.
Sonra qonaqlara ziyafət verilib.