• cümə, 19 Aprel, 19:10
  • Baku Bakı 24°C

Darxan Kıdırəli Prezident İlham Əliyevə təbrik ünvanlayıb

25.05.21 12:54 524
Darxan Kıdırəli Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
APAxəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.
Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının formalaşmasında müstəsna rol oynamışdır.
Müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, qardaş Azərbaycan xalqı illər boyu davam edən ədalətsizliyə Sizin öndərliyinizlə son qoyaraq möhtəşəm Zəfər qazanmaqla, Respublika Gününü daha fərqli hisslərlə və böyük sevinclə qeyd edir.
Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.

banner

Oxşar Xəbərlər