• cümə axşamı, 18 aprel, 14:38
  • Baku Bakı 22°C

DANX beynəlxalq avtobus marşrutlarının bərpasının şərtini açıqlayıb

27.05.21 15:30 314
DANX beynəlxalq avtobus marşrutlarının bərpasının şərtini açıqlayıb
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) beynəlxalq avtobus marşrutlarının açılmasının şərtini açıqlayıb.
"APA-Economics”in məlumatına görə, DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır.
"Nazirlər Kabinetinin Azərbaycanın sərhəd-keçid məntəqələrindən quru yolla müntəzəm avtobusların xətlərinin açılmasına dair qərarı olmalıdır. Hazırda belə bir qərar Gürcüstan tərəfindən verilib, biz tərəfdən analoji qərar yoxdur”, - deyə DANX-ın rəsmisi bildirib.

banner

Oxşar Xəbərlər