Danışılmış oyunlarla bağlı yeni qalmaqal
Avropa
futbolunda danışılmış oyunlarla bağlı daha bir qalmaqalın əsas qoyulub.
Kaspi.az xəbər
verir ki, Avropanın bir sıra klubları 2016-cı ilin yanvarından 2018-ci ilin
yanvarına qədər Kiprdə danışılmış oyunların iştirakçısı olmaqda ittiham
olunurlar. Söhbət 32 oyundan gedir. Bu oyunları isə Kiprin "Androsports”
kompaniyası təşkil edib.
Danışılmış
oyunlarda Rusiyanın 15 klubunun iştirak etdiyi güman olunur. Bu qarşılaşmalarda
Polşanın və Kiprin 3, Çexiya və Serbiyanın 2, İsveçrə, Belarus, Slovakiya,
Moldova, Rumıniya, Ukrayna, Bolqarıstan, Latviya və Macarıstanın hər birindən 1
komandanın iştirak etdiyi bildirilir.
Qarşılaşmaları
Rumıniya, Portuqaliya və Latviyadan olan 8 hakim idarə edib. Onlardan 5-i həvəskar
səviyyəli hakimlər olub. Bu müddətdə Kiprdə ən çox oyun keçirən komanda isə
"Kuban” olub. Krasnodar təmsilçisi adada 6 oyuna çıxıb.