• şənbə, 20 Aprel, 04:18
  • Baku Bakı 15°C

Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq - Fransa XİN

20.10.14 14:45 910
Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq - Fransa XİN
Bu sözləri Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi jurnalistlər üçün keçirdiyi elektron mətbuat konfransı zamanı Fransadan bəzi şəhər merlərinin Dağlıq Qarabağa səfərlərini şərh edərkən deyib. O bildirib ki, Fransa Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla, münaqişənin siyasi və diplomatik həlli yolunu tapmağa tamamilə sadiqdir: “Minsk Qrupu çərçivəsində və danışıqlara yeni təkan vermək üçün Fransa prezidenti may ayında Bakıya və İrəvana etdiyi səfəri zamanı öz erməni və azərbaycanlı həmkarlarına münaqişənin həlli yollarını müzakirə etmək üçün bu payız Parisdə bir araya gəlmələrini təklif etmişdi”./apa/
banner

Oxşar Xəbərlər