• şənbə, 20 Aprel, 16:15
  • Baku Bakı 23°C

Dağıstanda kütləvi zəhərlənmə baş verib

24.03.19 09:43 380
Dağıstanda kütləvi zəhərlənmə baş verib
Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şəhər administrasiyasından bildiriblər.
Administrasiyanın nümayəndəsi deyib ki, martın 23-ü üçün mərkəzi şəhər xəstəxanasının infeksion xəstəliklər şöbəsində kəskin bağırsaq infeksiyası diaqnozu ilə 89 nəfər yerləşdirilib: "Xəstələrin vəziyyəti yüngül və orta ağır kimi dəyərləndirilir".
Onun sözlərinə görə, bütün zəhərlənlərə lazımi tibbi yardım göstərilir: "Mütəxəssislər araşdırmanın tamamlanmasına qədər vətəndaşları diqqətli olmağa çağırırlar - yalnız qaynanmış su içmək, əlləri, meyvələri və tərəvəzləri tez tez yumaq lazımdır".

banner

Oxşar Xəbərlər