• şənbə, 20 Aprel, 16:29
  • Baku Bakı 23°C

Dağıstan milli neft şirkəti yaratmaq istəyir

15.01.14 12:49 1324
Dağıstan milli neft şirkəti yaratmaq istəyir
«APA-Economics»in «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, bu barədə Dağıstanın başçısı Ramazan Abdulatipov respublika parlamentinə ünvanladığı məktubda bildirib.
Onun sözlərinə görə, artıq Dağıstanın özünün neft şirkətinin olması barədə düşünmək vaxtıdır: «Dağıstan böyük həcmdə neft və qaz yataqlarına sahibdir. Lakin bu amil özünü heç cür ölkənin əhalisinin sosial-rifahında əks etdirmir».
R.Abdulatipov qeyd edib ki, Xəzər dənizində geoloji-kəşfiyyat işlərini gücləndirmək lazımdır. O, ölkə hökumətinə qısa müddət ərzində bununla bağlı geniş plan hazırlamağı da tapşırıb.
Qeyd edək ki, Dağıstan ərazisində neft və qaz hasilatı ilə 1994-cü ildə yaradılmış və Rusiyanın «Transneft»in törəmə şirkəti olan «Daqneft» şirkəti məşğul olur. 2004-cü ildən isə Rusiya şirkəti daha bir «Daqneftqaz» törəmə şirkətini təsis edib. Hazırda «Daqneft» şirkəti Dağıstan ərazisində neft hasilatını, «Daqneftqaz» şirkəti isə əsasən qaz hasilatı ilə məşğul olur. Ölkədə indiki vəziyyətdə 40 yataq istifadədir.
banner

Oxşar Xəbərlər