• cümə, 29 Mart, 13:24
  • Baku Bakı 14°C

“Daha çox vətəndaş məsuliyyətinin üzərinə gedilməlidir”

11.08.20 12:45 434
“Daha çox vətəndaş məsuliyyətinin üzərinə gedilməlidir”
Bəşəri bəladan qurtulmaq üçün bəşər övladının hər bir nəfəri səy göstərməlidir və biz ortaq səylərlə onun, pandemiyanın öhdəsindən gələ bilərik.
Bu sözləriSİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçi xüsusilə vurğulayıb ki, Azərbaycana gəlincə, təbii ki, Azərbaycan da dünyanın bir parçası olaraq, bəşəriyyətin həyatı üçün məsuliyyət daşıyan ölkələrdən biridir və müvafiq şəkildə də bizim hər birimiz vətəndaş olaraq, insan olaraq o məsuliyyəti paylaşmalıyıq.
"Daha çox vətəndaş məsuliyyətinin üzərinə gedilməlidir. Hər bir fərd, hər bir vətəndaş, hər bir insan ümumiyyətlə, dövlətin yumşaldılma siyasətini sadəcə olaraq açıb burxılma kimi qəbul etməməlidir. Yəni, insanlar anlamalıdırlar ki, vəziyyət elə bir həddə çatıb ki, dövlət insanı, vətəndaşı mütləq şəkildə evdə məcburiyyət qarşısında saxlamaq istəmir, işinə getməsi, istirahət etməsi üçün bu və ya digər şəkildə şərait yaradır. Amma eyni zamanda da dövlət vətəndaşın sağlamlığının qeydinə qalır. Qayğısına qaldığına görə də cərimələr tətbiq olunur. Yaxud da ki, önləyici tədbirlər tətbiq olunur. Bütün bunları vətəndaş anlayışla qarşılamalıdır. Sözümün canı odur ki, indiki şəraitdə bizim üzərimizə düşən vəzifə dövlətin bu hyumşaldılma siyasətini uyğun şəkildə mənimsəməkdir. Yəni, daha yumşaldılma var deyib kütləvi toplantılara getməməli, yaxud da hansısa qapalı məkanlara maskasız daxil olmamalıyıq. Ümumiyyətlə, cəmiyyət içinə çıxdığımız zaman maskadan mütləq istifadə etməliyik, dezinfektantlardan istifadə etməliyik. Bu və ya digər şəkildə hardasa, nə iləsə, yaxud kiminləsə təmasda olduğumuz zaman bundan istifadə etməliyik. Yəni, o verilən tapşırıqlara, bütün göstərişlərə əməl etməliyik ki, növbəti dəfə evə qapanmalı olmayaq. Bu əslində dövlətə də lazım deyil, elə vətəndaşa da lazım deyil. Mən düşünürəm ki, belə etsək tezliklə pandemiyadan qurtula biləcəyik”, deyə Azər Həsrət bildirib.
banner

Oxşar Xəbərlər