• cümə, 29 Mart, 16:34
  • Baku Bakı 14°C

Daha çox qazi və şəhid ailəsi üzvünü işə götürənlər mükafatlandırılacaq

10.06.21 12:37 223
Daha çox qazi və şəhid ailəsi üzvünü işə götürənlər mükafatlandırılacaq
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq marafonu" çərçivəsində işəgötürənlərin tanıdılması və mükafatlandırılması ilə bağlı təklifləri olacaq".
APA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, işəgötürənlərin həvəsləndirilməsi üçün onların mükafatlandırılması, cəmiyyətdə tanıdılması həyata keçiriləcək: "Növbəti dövrdə bu proqramı genişləndirəcəyik. Yəni, daha çox şəhid ailəsi üzvü və yaralı qazini işlə təmin edən işəgötürənlərin tanıdılması və mükafatlandırılması olacaq”.

banner

Oxşar Xəbərlər