• cümə, 26 Aprel, 11:45
  • Baku Bakı 12°C

Daha bir tikinti şirkətinin rəhbərliyinə cinayət işi açıldı

09.06.14 14:51 922
Daha bir tikinti şirkətinin rəhbərliyinə cinayət işi açıldı
Baş Prokurorluq mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilməsi barədə məlumat yayıb
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı “Lalə-H” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzili təkrarən saxta müqavilə əsasında Bakı şəhər sakininə 95 min manata satmaqla sonuncuya külli miqdarda zərər vurmalarında şübhələr üçün əsaslar aşkarlanıb. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
banner

Oxşar Xəbərlər