• şənbə, 20 Aprel, 18:57
  • Baku Bakı 24°C

Daha bir şirkət “Caspian Energy Forum Baku–2019”un partnyoru olub

15.07.19 14:00 16575
Daha bir şirkət “Caspian Energy Forum Baku–2019”un partnyoru olub
"Azpetrol ltd” ASC sentyabrın 19-da keçiriləcək IX beynəlxalq "Caspian Energy Forum Baku-2019”un partnyoru olub.
"Caspian European Club”danAZƏRTAC-a bildirilib ki, forum "Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və "Caspian Energy”nin fəaliyyətinin 20 illik yubileylərinə həsr edilib.
"Azpetrol” özündə dünyanın 50 ölkəsindən olan biznesmenləri birləşdirən "Caspian European Club”un fəal iştirakçısıdır”, - deyə "Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.
"Azpetrol ltd” ASC-nin baş direktoru Ceyhun Məmmədov "Caspian Energy Forum-2019” kimi əlamətdar hadisəyə dəstək verməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, "Azpetrol ltd” uzun illərdir "Caspian European Club”u dəstəkləyir və keçirilən biznes-forumlarda fəal iştirak edir.
Qeyd edək ki, "Caspian Energy Forum-2019”un işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, agentliklərin, dövlət xidmətlərinin rəhbərləri, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri var. Forum 3 sessiyadan ibarət olacaq. Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək.
banner

Oxşar Xəbərlər