• cümə axşamı, 25 aprel, 16:52
  • Baku Bakı 23°C

Daha bir məntəqədə səsvermənin nəticələri ləğv edildi

22.02.20 17:06 937
Daha bir məntəqədə səsvermənin nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 48 saylı Yevlax Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 6 saylı seçki məntəqəsində öz təsdiqini tapıb.
Onun sözlərinə görə, 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
banner

Oxşar Xəbərlər