• cümə, 19 Aprel, 17:34
  • Baku Bakı 25°C

Daha bir Azərbaycan idmançısı Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

05.07.21 19:00 350
Daha bir Azərbaycan idmançısı Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazandı.
Milli Paralimpiya KomitəsindənKaspi.az-a verilən məlumata görə, bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 32 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.
Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.
Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır.
banner

Oxşar Xəbərlər