DÇ-dəki yeganə qolun müəllifi koronavirusdan öldü
İraq yığmasının əfsanəvi
futbolçusu Əhməd Radi ölüb.
Kaspi.az xəbər
verir ki, Əhməd koronavirusa tutulmuşdu. Ötən həftə onu Bağdadda hospitala yerləşdirmişdilər.
18 iyunda vəziyyəti yaxşılaşan sabiq futbolçu evə buraxılmışdı.
Amma bir neçə
saatdan sonra onun durumu pisləşib və yenidən xəstəxanaya yerləşdirilib. Radi
iyunun 21-də vəfat edib.
O, İraq
yığmasının DŞ-də vurduğu yeganə qolun müəllifi idi. Əhəmdə o qolu DÇ-1986-da
Belçika ilə qarşılaşmada (1:2) vurmuşdu. O, İraq yığmasının heyətində 121 oyun
keçirib, 62 qol vurub. 1988-ci ildə Asiyanın ən yaxşı futbolçusu seçilib.