AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

DÇ-2022-ni ABŞ və ya Yaponiya qəbul edə bilər – Blatter

DÇ-2022-ni ABŞ və ya Yaponiya qəbul edə bilər – Blatter

İdman
16 Aprel 2020, 13:00 237
ABŞ-ın Ədliyyə Nazirliyi Rusiya və Qətərə qarşı ittihamlar irəli sürüb. 
 
İttihamlarda qeyd olunur ki, bu ölkələr DÇ-2018 və DÇ-2022-yə ev sahibliyini rüşvətlə əldə ediblər. Bundan sonra DÇ-2022-nin ev sahibliyinin Qətərdən alınması məsələsi yenidən gündəmə gəlib. 
 
Kaspi.az xəbər verir ki, FİFA-nın sabiq prezidenti Jozef Blatter də bu məsələ ilə bağlı danışıb. O, 2 ildən sonra keçiriləcək mundialı ABŞ və Yaponiyanın qəbul etmək iqtidarında olduğunu vurğulayıb: 
 
"ABŞ DÇ-2022-ni qəbul edə bilər. Bu, raketqurma sistemi deyil, asan olacaq. Yaponiya da mundialı qəbul etmək iqtidarındadır. 
 
Xoşbəxtlikdən, DÇ-2022 Canni İnfantinonun planlaşdırdığı kimi olmayacaq. Bu mundialda 48 yox, 32 komanda iştiark edəcək. Ona görə də, bu ölkələrin mundialı qəbul etməsində çətinlik yaşanmamalıdır”.