• şənbə, 20 Aprel, 05:27
  • Baku Bakı 15°C

Cüyür ovlamağa getdi, polisə düşdü - FOTO

21.01.22 15:34 682
Cüyür ovlamağa getdi, polisə düşdü - FOTO
Qaxın İlisu kəndi ərazisində xidmət aparan polis əməkdaşları meşə istiqamətindən gələn "Niva” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətin Kaspi.az-a verilən məlumata görə, Yevlax rayon sakini Seymur Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən qanunla ovlanması qadağan edilmiş bir baş cüyürünkəlləsi və ayaqları, ov əti, eləcə də "İJ” markalı tüfəng aşkar edilib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər