• cümə, 19 Aprel, 21:32
  • Baku Bakı 24°C

Cüdoçumuz Rüstəm Orucov Olimpiadada 1/4 finala çıxdı

08.08.16 19:42 1004
Cüdoçumuz Rüstəm Orucov Olimpiadada 1/4 finala çıxdı
Azərbaycanı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 1/4 finala yüksəlib.
Trend-in məlumatına görə, 25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına məğlub edib. Növbəti mərhələdə isə onun rəqibi Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub.
Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olacaq.
banner

Oxşar Xəbərlər