• cümə, 29 Mart, 17:17
  • Baku Bakı 14°C

Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar

24.06.13 09:04 1582
Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Komandamızın heyətində Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan İlkin Babazədə (55 kq) və Elnur Əhmədli (66 kq) gümüş medalla kifayətləniblər. Digər cüdoçularımız - Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə (55 kq) isə Avropa birinciliyini 3-cü yerdə bitiriblər.
Qeyd edək ki, yığmamız komanda hesabında 3-cü olub. Rusiya 1-ci (5-1-3), Fransa (3-1-0) ikinci yeri tutub.
banner

Oxşar Xəbərlər